Misirdə 20 sentyabr nümayişləri zamanı tutulan minlərlə adamdan biri də bir türk universitet tələbəsi olub. O, "DW Türkcə”yə 23 gün gördüyü işgəncələrdən danışıb.
Qaynarinfo odatv.com-a istinadla xəbər verir ki, Məhəmməd Mursi hakimiyyətini devirərək Sisinin vəzifəyə gəlməsindən sonra tarixinin ən pis dövrlərindən birini yaşayan Türkiyə-Misir əlaqələri, öz deyimiylə desək, tələbə Əli Özbəyin də həyatını dəyişdirb.
"DW Türk” təhlükəsizlik məqsədiylə tələbənin adını şərti olaraq verib.
Türkiyədə bir universitetdə son kurs tələbəsi olaraq təhsilini davam etdirən Özbəy yaşadıqlarını "DW Türkcə”yə belə nəql edib:
"Misirə bir beynəlxalq tələbə təşkilatının köməyi ilə təcrübə keçməyə getmişdim. Həyatımın ən pis təcrübəsi olan hadisələr zənciri isə 20 sentyabr axşamı başladı.
Siyasətlə heç vaxt maraqlanmamışam. Türkiyə ilə Misir arasında yaşanan problemlərin əsasında yer alan "Müsəlman Qardaşlar” haqda belə Qahirədə başıma gələn hadisələrdən sonra xəbər tutdum. 20 sentyabrda axşam Misirdə illər sonra küçələrdə yaranan canlanmadan da xəbərsizdim. Ölkənin rəmzi mərkəzlərindən olan Təhrir Meydanındakı otelimdən axşam yeməyi üçün çıxdım, ondan sonra da bir də otelə qayıda bilmədim.
Otelin yaxınlığında iki mülki polis məni saxladı. 23 gün boyu üç ayrı mərkəzdə saxlanıldım. Müxtəlif təhlükəsizlik idarələri tərəfindən sorğu-sual edildim. Məni ərəbcə bildiyini gizləyən bir türk casusu olmaqda günahlandırırdılar”.
Özbey Polis bölməsində onu köynəyində qan ləkələri olan bir polisin qaşıladığını, əlinin arxadan qandallandığını və şok yaşadığını deyib:
"Ərəbcə bilmədiyimi deyəndə, "Türkiyə və Ərdoğan” deyərək döyməyə başladılar. Təbii ki, bundan başqa heç nə başa düşmürdüm. Bu vəziyyət bir-iki dəqiqə davam etdi. Orada nümayişçilərdən gözlərinə kim dəysə, amansızlıqla döyürdülər. Misirə casusluq üçün gəldiyimi düşünürdülər. Həmişə günün sonunda məni öldürəcəklərini fikirləşdirdim. Bəzi məhbuslara hətta elektrik verilirdi”.
Özbəy istintaqına bir həftə sonra başladıqlarını deyib. Ondan Müsəlman Qardaşlara kömək edib-etmədiyini və casusluğu haqda soruşublar. Dil probleminə görə misirlilər suallarını Google Translate ile aparmağı sınayıb, ancaq bundan da bir şey çıxmayanda Özbəyə Ərdoğanı sevib-sevmədiyini və son seçkidə kimə səs verdiyini soruşubılar.
Əli Özbəy günlərlə fiziki və psixoloji işgəncələr görəndən sonra, yekunda bir Misir polis rəisinin ondan üzr istədiyi anları belə çatdırıb:
"Məni bir polis çağırdı. Gözlərim bağlı olduğu üçün adamların ancaq ayaqqabılarını görürdüm. Mənimlə danışan polis səlis ingiliscə mənə dedi:
'Bütün Misir polisləri adından səndən üzr istəyirəm. Amma bu başına gələnlər sənin özünə görə deyil, Ərdoğana görədir. Çünki Ərdoğan Misirin cəhənnəmə çevrilməsini istəyir”. Ona nə cavab verə bilərdim?"
Özbəy 23 günlük həbsdən buraxıldığı vaxt orda daha iki türkün olduğunu bilib:
"Avtomobilin arxa qapısı açıldı. Bir qadın türkcə "mərhəba” dedi. Mərhəbanı eşidəndə ağlamağa başladım. Artıq xilas olduğumuzu başa düşdüm. Maşın parkı kimi bir yerdə gizli bir şəkildə reallaşdı bu təhvil-təslim. Daha sonra səfirlikdən təyyarə biletimizi aldılar. Bizimçün bir istifadəlik pasport çıxarıldı və Türkiyəyə qayıtdım”.
Hələ də Türkiyədə təhsilinə davam edən Əli Özbəy Misirdən qayıtdıqdan sonra Xarici İşlər naziri Mövlud Çavuşoğlu ona zəng edib və "keçmiş olsun” deyib. Özbəy Misirdə başına gələnlərə görə hazırda fiziki və psixoloji müalicə almağa başladığını, ancaq heç nəyə baxmayaraq, yenidən ailəsinə qovuşa bildiyi üçün məmnun olduğunu söyləyib.
Alpər