Misirin paytaxtı Qahirədə piramidaların yerləşdiyi bölgənin yaxınlığında fironlar dövrünə aid 4400 illik məzar tapılıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Misirin tarixi əsərlər naziri Xalid əl-Anani məzarın tapıldığı bölgədə xarici ölgələrin səfirlərinin iştirakı ilə təşkil olunan mətbuat konfransında yeni tapılan məzarın 5-ci xanədanlıq dövrünə (e.ə. 2494-2345) aid olduğunu bildirib.
Məzarın dövrün tanınmış qadın kahinlərindən birinə aid olduğunu deyən Anani bunun 2018-ci ilin son deyil, ilk kəşfi olduğunu diqqətə çatdırıb.
O, həmçinin əlavə edib ki, məzarın üstündə nadir rast gəlinən oymalar da var.