Xəbər lenti

Misirdə dəhşət: ölənlərin sayı 235-ə çatdı (YENİLƏNİB)
Dünya15:06 24.11.2017

Misirdə dəhşət: ölənlərin sayı 235-ə çatdı (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Misirin əl-Ariş şəhərinin əl-Raud kəndindəki məsciddə cümə namazı vaxtı terrorçuların hücumu nəticəsində ölənlərin sayı 235 nəfərə çatıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Misir dövlət televiziyası məlumat yayıb.
Misir prezidenti Əbdülfəttah əs-Sisinin müdafiə, daxili işlər və təhlükəsizlik nazirləri ilə müşavirə keçirəcəyi bildirilir. 
Xəbərdə həmin məsciddən daha çox sufilərin istifadə etdikləri də vurğulanıb. 
***
17.24
Misirin Şimali Sinay ərazisində məsciddə terror aktı törədilib.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, Bir Əl Əbad qəsəbəsində törədilən terror zamanı nəqliyyat vasitəsindən ibadət edənlərə atəş açılıb. Hadisə nəticəsində azı 155 nəfər ölüb, 80 nəfər yaralanıb. 
Teraktdan sonra prezident Əbdul Fəttah Əl Sisi təhlükəsizlik xidmətini iclasa çağırıb. 
Hücumun arxasında hansı terror qrupunun dayandığı hələlik qeyri-müəyyəndir.
Gülşən