Xəbər lenti

Misirdə iğtişaşlarda 23 nəfər öldü
Dünya09:45 03.07.2013

Misirdə iğtişaşlarda 23 nəfər öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Etirazçılar hələ də Qahirənin Təhrir meydanında qalmaqdadır.

Misirdə prezident Məhəmməd Mursinin istefası tələbi ilə etiraz aksiyaları davam edir. Qahirənin Təhrir meydanına toplaşan anti-Mursi nümayişçilər prezident istefaya gedənədək burada qalacaqlarını bildirirlər.

"Biz böhranın həll yoluna nail olanadək burada etiraz aksiyası keçirəcəyik. Prezidentdən yenidən qan tökülmə ehtimalının qarşısını almaq üçün nə isə etməsini istəyirik. Tanrının köməyilə insanların istədiyi çıxış yolunu seçəcəyinə, yəni hakimiyyətdən gedəcəyinə ümid edirik." - Cad Abdullah adlı etirazçı belə deyir.

Qeyd edək ki, ötən gecə Qahirədə Məhəmməd Mursinin əleyhdarları ilə tərəfdarları arasında baş verən toqquşmalar zamanı, ən son məlumatlara görə, azı 23 nəfər ölüb, 200-ə yaxın adam xəsarət alıb. Toqquşmalar, əsasən, Qahirə Universitetinin yaxınlığında baş verib.

Qaynar.info