Misirin Şarm əl-Şeyx şəhərində xarici lizinqə verən qurumun tələbi ilə göyərtəsində rusiyalı turistlərin olduğu Ural Hava Yollarına məxsus təyyarə saxlanılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə ZN.ua nəşri məlumat yayıb.
"İcarəyə verən bu təyyarəni dayandırmaq üçün Misirin aviasiya orqanlarına ərizə təqdim edib və Eurocontrol (Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatı) onların geri qayıtması üçün öz zonasını aşmağa icazə vermir", - məlumatda deyilir.
Qeyd olunur ki, Ural Hava Yolları martın 14-dən Misirə uçuş proqramını ləğv edir. Aviaşirkət rusları əmin edir ki, məhdudiyyətlər ən azı 2022-ci il mayın 20-dək davam edəcək. Yalnız yaşadıqları ölkəyə qayıdan xarici vətəndaşlar istisna olacaq.
Alpər