Misirin Beheyra vilayətində 2 qatar toqquşub.
Qaynarinfo Fox News-a istinadən xəbər verir ki, Kom Hamada qəsəbəsində baş verəndə qəza nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb. Qəza paytaxt Qahirəyə hərəkət edən sərnişin və yük qatarının toqquşması ilə baş verib.
Ölü və yaralıların sayının artması istisna edilmir.
Gülşən