
Misirin paytaxtı Qahirədə hərbçilərin Mursi tərəfdarlarına qarşı qırğınları davam edir.
Hökumət silahlılarının həyata keçirdiyi gülləbaran nəticəsində ölənlərin sayı 200 nəfərə çatıb.
Meydan hər bir tərəfdən mühasirəyə alındığı üçün yaralıları xəstəxanaya çatdırmaq mümkün deyil. Snayperlər isə binaların üzərində tutduqları mövqedən dinc nümayişçilərə atəş açmada avam edir.
Ən gərgin vəziyyət “Rabiatul Ədəviyyə” meydanında yaşanır. Nahda meydanındakı bəzi nümayişçilər isə atəşdən qorunmaq üçün Qahirə Universitetinin Mühəndislik Fakültəsinə sığınıb.
Meydanlar üzərində hərbi vertolyotlar uçuşlar keçirir. Atılan braşuralarda qadın və uşaqların meydanları tərk edəcəyi təqdirdə onların təhlükəsizliyinin təmin ediləcəyi bildirilib.
Qeyd edək ki, Qahirədəki İsrail, Səudiyyə Ərəbistanı və BƏƏ səfirlikləri ətrafında əlahiddə təhlükəsizlik tədbirləri görülüb.
Qaynar.info