Xəbər lenti

Misirdə turistlər evakuasiya olunur
Dünya06:47 16.08.2013

Misirdə turistlər evakuasiya olunur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Finlandiyanın turizm şirkətləri Misirdəki hadisələrlə əlaqədar öz müştərilərini bu ölkədən çıxarmaq haqqında qərar qəbul ediblər. 

Qaynar.info xəbər verir ki, bütün turistlərin bazar ertəsi gününə qədər ölkələrinə dönməsi gözlənilir. 

Bundan başqa turizm şirkətləri Misirə təşkil olunan turları bir neçə aylıq təxirə salıblar. 

Qeyd edək ki, Rusiyanın Rosturizm şirkəti rus turzm şirkətlərinə Misirə turların satışını dayandırmağı və satılmış biletlərin pulunu geri qaytarmağı məsləhət görmüşdü. 

Qaynar.info