Xəbər lenti

Misirdəki səfirinin Rusiya ilə bağlı cəsarətli statusu Tokayevi acıqlandırdı
Dünya12:49 06.05.2022

Misirdəki səfirinin Rusiya ilə bağlı cəsarətli statusu Tokayevi acıqlandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tokayev Qazaxıstanın Misirdəki səfirini "SSRİ dövründən qalma mübahisəli adlardan qurtulmaq" təklifinə görə danladı.
Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev sosial şəbəkələrdə "SSRİ və müstəmləkəçi Rusiya dövrünün mübahisəli adlarından qurtulmağı” təklif edən yazı dərc edən Misirdəki səfir Kayrat Lama Şərifə iradını bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə RİA Novosti xəbər verib.
Üstəlik, diplomat Astananın adının paytaxta qaytarılması, Qazaxıstan Respublikasının adının dəyişdirilərək Qazaxıstan dövləti olması təşəbbüsü ilə çıxış edib.
Bu arada ölkədə dövlət qulluqçularının rəsmi fəaliyyətlə bağlı məsələlər haqda, xüsusən də "dövlət siyasətinin əsas istiqamətlərinə uyğun gəlmirsə” "ictimai şəkildə öz fikrini bildirməkdən” qəti şəkildə çəkindirilir.
Sonradan məlum olub ki, qalmaqallı status Şərifin sosial şəbəkələrdən birindəki səhifəsindən yoxa çıxıb.
Alpər