Xəbər lenti

Misirdən ABŞ-a qarşı ittiham
Dünya10:11 03.04.2013

Misirdən ABŞ-a qarşı ittiham

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Misirdə hakimiyyətdə olan Azadlıq və Ədalət Partiyası ABŞ-ı Misirin daxili işlərinə qarışmaqda ittiham edib. 

Qaynar.info-nun məlumatına görə, partiya tərəfindən verilən yazılı açıqlamada ABŞ dövlət katibinin sözçüsü Viktoriya Nulandın Misir Prokurorluğunun qərarları ilə bağlı söylədiyi tənqidi fikirlərin ölkənin daxili işlərinə qarışmaq mənasını verdiyi bildirilib: "ABŞ rəsmisinin açıqlamalarını xüsusən də İslam dəyərlərini təhqir etməkdə ittiham olunan misirli komediya ustası Basim Yusif haqqındakı açıqlamalarını təəssüf hissi ilə qarşılayırıq. Hələ tamamlanmamış və qanun çərçivəsində davam edən istintaq haqqında bu cür açıqlama verilməsi ABŞ-ın mövqeyi haqqında şübhələr yaradır" deyə bildirilib. 

Qeyd edək ki, ABŞ dövlət katibinin rəsmisi Viktoriya Nuland iki gün əvvəl verdiyi açıqlamasında Misir Baş Prokurorluğunun komediya ustası Basim Yusif haqqında çıxardığı qərarını söz azadlığına zərbə kimi qiymətləndirərək, ABŞ hökumətinin qərarı təəssüf hissi ilə qarşıladığını bildirmişdi. 

Qaynar.info