Xəbər lenti

Misirdən İran turistlərinə qadağa
Dünya16:15 01.10.2013

Misirdən İran turistlərinə qadağa

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qahirə təhlükəsizlik baxımından Tehranla turizm sahəsində əməkdaşlığı dayandırmağa qərar verib. APA-nın verdiyi xəbərə görə, bu barədə oktyabrın 1-də yerli mətbuata Misirin turizm naziri Hişam Zaazu açıqlama verib. 
 
“Yaranmış vəziyyət bizə iranlı turistləri qəbul etməyə imkan vermir. Məsələ Nazirlər Kabinetindən yeni təlimat təqdim olunanadək dondurulub”, deyə o bəyan edib.
 
Turizm naziri qeyd edib ki, qərar milli təhlükəsizlik baxımından verilib. Lakin Zaazu bəyanata ətraflı şərh verməkdən boyun qaçırıb: “Mənim fikrimcə, iranlı turistlər digər əcnəbi turistlərdən heç nə ilə fərqlənmir”.


Qaynar.info