Xəbər lenti

Mixail Podolyak Rusiyada qismən səfərbərlik elan edilməsini lağa qoydu
Dünya07:32 21.09.2022

Mixail Podolyak Rusiyada qismən səfərbərlik elan edilməsini lağa qoydu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynaya qarşı müharibənin 210-cu günündə Rusiya Federasiyasında qismən səfərbərlik elan edilməsi Moskva üçün hər şeyin necə "plan üzrə getdiyini” göstərir.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna prezidentinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyak "Twitter” səhifəsində yazıb.
"Üçgünlük müharibənin” 210-cu günü gedirdi. Ukraynanın dağıdılmasını tələb edən rusiyalılar, nəhayət, bunlara nail oldular: 1. Səfərbərlik. 2. Sərhədlərin bağlanması, bank hesablarının bağlanması. 3. Fərariliyə görə həbsxana. 4. "Üzdəniraqlar” üçün xüsusi dəstələr.
Hər şey hələ də plana uyğun gedir, elə deyilmi? Həyat çox zarafatcıldır”, - Podolyak yazıb.
Nizami Bağırov