Xəbər lenti

Mixail Saakaşvili ev dustağı elan edildi
Dünya15:18 26.01.2018

Mixail Saakaşvili ev dustağı elan edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ev dustağı edilib. 
Qaynarinfo xəbər verir ki, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru ilə bağlı prokurorluğun tələbi təmin olunub. 
Keçmiş qubernatorun həbsinə Kiyev Apellyasiya Məhkəməsi qərar verib. Saakaşvili hava qaraldıqdan sonra yaşayış yerini tərk edə bilməz.
Xatırladaq ki, ötən ilin dekabrında Kiyevin rayon məhkəməsi Saakaşvilinin ev dustağı edilməsi yönündə iddianı rədd etmişdi. O, Rusiya Federasiyasına qaçan oliqarx Sergey Kürçenko və cinayətkar qüvvələrlə əlaqədə günahlandırılır.