Xəbər lenti

Mixail Saakaşvili: “İlham Əliyevin prezidenti seçilməsi məni çox sevindirdi”
Dünya12:07 23.10.2013

Mixail Saakaşvili: “İlham Əliyevin prezidenti seçilməsi məni çox sevindirdi”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Azərbaycanın Gürcüstan üçün etdiklərini qardaş-qardaşa etməyib”.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Gürcüstan prezidenti Mixail Saakaşvili Qardabanidə azərbaycanlılarla görüşdən sonra jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Azərbaycan nəinki Cənubi Qafqazda, eləcə də bütün Qafqazda öz sözünü deyən ən böyük və güclü dövlətdir: “Azərbaycan Gürcüstanın çiçəklənməsində və iqtisadiyyatının inkişafında ən önəmli rol oynayan qonşu, strateji tərəfdaş və qardaş ölkədir. Azərbaycan dövləti Gürcüstanın çətin vaxtlarında elə bir iş görüb ki, qardaş-qardaşa bunu etməyib. Bu, tarixi hadisə idi. Bunu unutmağa bizim haqqımız yoxdur və unuda bimərik”.

Mixail Saakaşvili İlham Əliyevin yenidən Azərbaycan prezidenti seçilməsinə də münasibət bildirib: “İlham Əliyevin yenidən prezident seçilməsi məni çox sevindirdi.  Onun qələbəsi Gürcüstanın inkişafı deməkdir”.

M. Saakaşvili Azərbaycanla birlikdə Gürcüstanın hələ bir çox vacib layihələr həyata keçirəcəyini vurğulayıb: “Biz Bakı-Tbilisi-Qars dəmir yolu və digər layihələri vətəndaşlarımızın firavanlığı və sosial həyat şəraitinin yaxşılaşdırması, onların sülh şəraitində yaşaması üçün həyata keçiririk”. 

Qaynar.info