Xəbər lenti

Mixail Xodorkovskiyə 10 il qiyabi həbs verildi
Dünya15:53 08.06.2026

Mixail Xodorkovskiyə 10 il qiyabi həbs verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Moskva məhkəməsi "Yukos” neft şirkətinin keçmiş rəhbəri Mixail Xodorkovskini (Rusiyada xarici agentlərin reyestrinə daxil edilib-red.) Rusiya ordusu haqqında saxta məlumatlar yaymaqda təqsirli bilib.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, hakim iki maddə üzrə təqsirli bilinən Xodorkovskini 10 il müddətinə qiyabi olaraq azadlıqdan məhrum edib.
Xodorkovskiyə qarşı hərbi "feyk”lərlə bağlı cinayət işi 2023-cü ilin sentyabrında açılıb. Buna "X” sosial şəbəkəsində 9 sentyabr 2022-ci il tarixli paylaşım və onun "YouTube” kanalında 9 iyul 2024-cü il tarixində yerləşdirilmiş video səbəb olub.