Xəbər lenti

Mixeil Saakaşvili aclıq aksiyasını dayandırdı
Dünya10:46 10.03.2022

Mixeil Saakaşvili aclıq aksiyasını dayandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili aclıq aksiyasını dayandırıb.
"Report”un yerli bürosu xəbər verir ki, o, bu barədə yaydığı müraciətdə bildirib.
M.Saakaşvili qeyd edib ki, hazırda ona sağlam düşüncə, sağlamlıq və güc lazımdır: "2014-cü ildən Ukraynanı müdafiə edən gürcü döyüşçülərdən məktub almışam. Onlar məndən aclıq aksiyasını dayandırmağı xahiş ediblər. Eyni xahiş daimi əlaqədə olduğum Ukrayna Ali Komandanlığının nümayəndələrindən də gəlir. Buna görə də aclıq aksiyasını 20-ci günündə dayandırıram. Biz qələbəni tam hazırlıqlı vəziyyətdə qarşılamalıyıq”.
Qeyd edək ki, M.Saakaşvili ötən ilin sentyabrın 28-də Gürcüstana qeyri-qanuni yolla daxil olub və oktyabrın 1-də Tbilisidə yaxalanıb. Eks-prezident hazırda Rustavi şəhərindəki 12 saylı həbsxanada saxlanılır.