Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Burns Rusiya xarici kəşfiyyatının rəhbəri Sergey Narışkinlə görüşünü "kifayət qədər depressiv” adlandırıb.
Qaynarinfo xəbər verir ki, Börns "CBS News"a müsahibəsində rus kəşfiyyat rəhbərinin təkəbbürlü və meydan oxuyan davranışlarından
danışıb. "Narışkin özünü çox yuxarıdan aparırdı. Hədsiz təkəbbür hissi vardı", - Börns deyib.
MKİ rəhbərinin sözlərinə görə, onun bu davranışı Vladimir Putinin ukraynalıları məğlub edə biləcəyinə inanan şəxsi fikrini əks etdirir.
"Məncə, bu hiss, zamanı özüyçün işlədə biləcəyinə, ukraynalıları əzə biləcəyinə, avropalı müttəfiqlərimizi yora biləcəyinə, bunun da sonunda siyasi yorğunluğun gələcəyinə Putinin hazırkı şəxsi fikrini əks etdirən bir hiss idi", - Börns deyib.
Qeyd edək ki, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns 2022-ci ilin noyabrında Rusiya kəşfiyyatının rəhbəri Sergey Narışkinlə görüşüb. Söhbət Türkiyədə baş tutub. Görüş zamanı Vaşinqton xüsusilə Rusiyaya Ukraynada nüvə silahından istifadə etməməsi barədə xəbərdarlıq edib.
ABŞ Milli Təhlükəsizlik Şurası Börns görüşünün məqsədinin müharibənin hər hansı həllini müzakirə etmək olmadığını vurğulayıb. Onlar həmçinin əlavə ediblər ki, ABŞ Börnsün səfərindən əvvəl Ukraynanı görüş barədə məlumatlandırıb.
Daha sonra, noyabrın axırında Narışkin Polşa və onun Ukraynanın qərb bölgələri ilə bağlı iddia edilən yırtıcı məqsədləri haqqında yeni feyki dövrəyə buraxıb. O, bəyan edib ki, "Polşa Lvov, İvano-Frankivsk və Ternopil vilayətlərinin əksəriyyətinin ilhaqına hazırlığı sürətləndirir”.
Narışkinin sözlərinə görə, guya Ukraynanın üç qərb bölgəsi "Ukraynaya hərbi yardıma və qaçqınların başı üzərində dam örtüyünə görə səxavətli kompensasiyaya” çevriləcək.
Alpər