Xəbər lenti

MKİ-nin əsas vəzifəsi: Rusiya və ABŞ liderlərinin...
Dünya 23:07 05.07.2023

MKİ-nin əsas vəzifəsi: Rusiya və ABŞ liderlərinin...

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Rusiya və Ukrayna hökumətləri ilə iş prosesində ən mühüm və vaxt aparan vəzifəsi iki dövlətin rəhbərliyinin düşüncələrini anlamaq olub.

Qaynarinfo xəbər verir ki, bu barədə Amerikanın "Newsweek” jurnalı ABŞ kəşfiyyatındakı yüksək vəzifəli anonim mənbələrə istinadən yazır.

Məqalədə deyilir: "MKİ-nin əsas vəzifəsi Rusiya Federasiyası və Ukrayna liderlərinin beynində nələrin olduğunu öyrənmək olub. Bunun üçün çox çalışıblar".

Nəşrin yazdığına görə, MKİ Moskva ilə Kiyev arasındakı münasibətlərdə öz rolunu təmkinli şəkildə oynamağa nail olub.

Materialda deyilir ki, amerikan kəşfiyyatçıları öz tapşırıqlarını uğurla yerinə yetirmək üçün böyük həcmdə məlumatlarla məşğul olmalı, müxtəlif dövlətlərlə əlaqə yaratmalı olublar. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->