
Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) rus dioini bilən, universitet məzunu olan və milli təhlükəsizliklə maraqlanan işçilər araması ilə bağlı "Twitter" hesabından verdiyi iş elanına zarafatla reaksiya verib.
"Qaynarinfo" xəbər verir ki, MKİ-nin iş elanında "MKM-də dilçi olaraq nələr edə biləcəyinizi bilirsiniz? deyilir və şifrəli şəkildə yer verilən mətndə cəsuslara "həqiqətləri üzə çıxarmaq" kimi nəcib bir missiyanın veriləcəyi qeyd edilirdi.

MKİ-nin iş elanına Rusiya XİN-i rus və ingilis dilində reaksiya verib. Nazirliyin cavabında "Rus dilinin dəstəklənməsi və təşviqatına görə MKİ-yə təşəkkür edirik. Niyə bunu gizlədirsiniz? Biz mütəxəssislər və təkliflərlə sizə kömək etməyə hazırıq" deyilir.
Aydın
Qaynarinfo.Az