Xəbər lenti

Mobil nömrələrin daşınacağı tarix bəlli oldu
Ölkə06:38 02.12.2013

Mobil nömrələrin daşınacağı tarix bəlli oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın mobil rabitə xidmətləri sektorunda Mobil Nömrələrin Daşınması (Mobile Number Portability - MNP) prosesinə başlamaq üçün hazırlıq gedir.

Artıq gələn il yanvar 1-dən etibarən tamamilə bu sistemə keçidin həyata keçirilməsi nəzərdə tutulub.

Bunu APA-ya açıqlamasında rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib.

Onun sözlərinə görə, artıq mobil operatorlarla bu istiqamətdə danışıqlar gedir: «İstehsalçı şirkətlər də avadanlıqlarla təchiz edilib. Artıq yanvarın 1-dən mobil nömrələrin daşınması xidmətinin tamamilə başlanmasını gözləyirik. Hazırlıq işlər yüksək səviyyədə görülür və həmin vaxta qədər bunu çatdıracağıq».

Qaynar.info