"Biz Azərbaycanla birlikdə Qarabağ müharibəsi başa çatdıqdan sonra Ermənistanla münasibətlərin normallaşmasını istəyirik”.
Qaynarinfo xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu NTV-yə müsahibəsində deyib.
Nazir bildirib ki, Azərbaycan Ermənistana sülh təklif edib: "Ermənistan başqasının torpaqlarından çıxarılmağı həzm edə bilmir. Ermənilər gərginlik yaradır, Qarabağa silah daşıyır”.
Mövlud Çavuşoğlu həmçinin bildirib ki, İrəvanda "Nemezis” əməliyyatına abidə ucaldılması qəbuledilməzdir: "Türkiyə Ermənistanla münasibətlərin normallaşmasında səmimidir. Amma Ermənistanda "Nemesis” abdisənin qoyulması qəbuledilməzdir. Mən bunu qəbul edə bilmərəm. Ermənistanın bu barədə açıqlamaları isə səmimi deyil. Biz adekvat cavab olaraq hava sahəsini bağladıq. Lazım olsa başqa addımlar da ata bilərik".
Qeyd edək ki, "Nemezis” əməliyyatı 1920-1922-ci illərdə Daşnaksütyun partiyasının həyata keçirdiyi terror aksiyasıdır. Aksiyanın məqsədi qondarma erməni soyqırımını və Bakıda 1918-ci ildə erməni əhalisinin qətlini təşkil etmiş şəxslərdən qisas alınması idi. Qətlə yetirilən şəxslərin arasında həm Osmanlı imperiyasının, həm də Azərbaycan Demokratik Respublikasının keçmiş rəhbərləri var idi. Əməliyyatın adı, qədim yunan intiqam ilahəsi "Nemezidanın" adından götürülüb.
Aydın