Dünya 18:00 08.05.2023

Moldova Dnestryanının Rusiyadan əlavə “sülhməramlılar” tələbinə cavab verdi

Kişinyovda separatçı Dnestryanı bölgənin xüsusi nümayəndəsinin Rusiya Federasiyasına regionda rus "sülhməramlılarının” sayının artırılması ilə bağlı müraciətindən sonra onun bu cür müraciətlər etmək hüququ şübhə altına alınıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Newsmaker”  məlumat yayıb

Reinteqrasiya Bürosu Tiraspolun xüsusi nümayəndəsinin və Rusiya Federasiyasındakı nümayəndəliyin səlahiyyətlərini şübhə altına alıb.

"İlk növbədə, cənab Manakovun adından çıxış etdiyi qondarma nümayəndəliyin statusu ilə bağlı məsələyə aydınlıq gətirmək lazımdır. Dörd ildən artıqdır ki, Kişinyov belə dəqiqləşdirmələri gözləyir. İkincisi, tərəflər 21 iyul 1992-ci il tarixli Müqaviləni imzalayan, onunla heç bir əlaqəsi olmayan şəxslər deyil”, - nazirlikdən bildirilib.

Напомним, глава так называемого представительства непризнанного Приднестровья в России Леонид Манаков призвал Россию увеличить численность ее "миротворцев" в регионе, объясняя это ростом рисков безопасности.

Xatırladaq ki, separatçı Dnestryanı bölgənin Rusiyadakı qondarma nümayəndəliyinin rəhbəri Leonid Manakov Rusiyanı regiondakı "sülhməramlılarının” sayını artırmağa çağırıb və bunu təhlükəsizlik risklərinin artması ilə izah edib.
 
Alpər