Xəbər lenti

Moldova EA dövlət dilinin “rumın dili” olmasını dəstəklədi - Qanun layihəsi
Dünya08:00 01.03.2023

Moldova EA dövlət dilinin “rumın dili” olmasını dəstəklədi - Qanun layihəsi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Moldova Elmlər Akademiyası Fəaliyyət və Həmrəylik Partiyasının (PAS) dövlət sənədlərində Moldova dilinin adının rumın dili ilə dəyişdirilməsi təklifini dəstəkləyib.
Qaynarinfo bu barədə "Rosbalt"a istinadla xəbər verir.
Akademiyanın saytında verilən açıqlamaya görə, bu qaydanın qəbulu "bu məsələ ilə bağlı sonsuz lazımsız müzakirələrə, bir neçə onilliklər ərzində davam edən bütün spekulyasiyalara” son qoymalıdır. Onun həm də "bütün dünyada Moldovanın imicini yaxşılaşdıracağı” və "Avropa inteqrasiyası prosesinə töhfə verəcəyi” gözlənilir.
Fevralın 27-də PAS partiyasının fraksiyası parlamentdə Konstitusiya Məhkəməsinin 2013-cü il dekabr tarixli qərarının icrasını nəzərdə tutan qanun layihəsini qeydə aldırıb, layihəyə görə, Konstitusiyada "moldova dili” anlayışı "rumın dili” ilə əvəz edilməlidir", - Esp.md yazıb.
Alpər