Xəbər lenti

Moldova Ermənistana silah verir - İDDİA
Dünya13:18 05.04.2013

Moldova Ermənistana silah verir - İDDİA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Moldovadan Ukrayna və Ermənistana silah tədarük ediləcək. 

Trend-in məlumatına görə, bunu Moldovanın OMEGA agentliyinə ölkə hökumətinin Dövlət dəftərxanasındakı mənbə deyib.

Mənbənin verdiyi məlumata görə, KİV tərəfindən silah satışı ilə bağlı qaldırılan səs-küydən və parlamentin İstintaq komissiyasının yekun qərarından sonra silah tədarükü dayandırıldı, qalan silahlar isə hərbi anbarlarda saxlanıldı.

Mənbə vurğulayıb ki, Baş Prokurorluğun razılaşmaların "təmiz" olmasına dair qərarı qalan silahların çatdırılmasına imkan verir və "bu, Baş nazir Filatın göstərişindən sonra həyata keçiriləcək"

"Bu silahlar göndərilməlidir: 11 ədəd 9P140 döyüş maşını, 12 ədəd 9T452 "Uraqan" maşını, 27 ədəd özüyeriyən işəsalma qurğusu 9P149 "Şturm-S" kompleksi, 500-ə qədər S-8 raketi və b. Texnikalar Ukraynaya, raketlər isə Ermənistana göndəriləcək", - mənbə yekunlaşdırıb.

Qaynar.info