Xəbər lenti

Moldova prezidentinin iti Avstriya liderini dişlədi
Dünya19:55 16.11.2023

Moldova prezidentinin iti Avstriya liderini dişlədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu yaxınlarda Moldova prezidenti Maia Sandu tərəfindən övladlığa götürülmüş Kodruts iti liderlərin Kişinyovdakı görüşündən sonra onu sığallamaq istəyən Avstriyanın rəhbəri Aleksandr Van der Belleni dişləyib.
Unikal xəbər verir ki, TVR-Moldova telekanalının məlumatına görə, iti avtomobil vurduqdan sonra nəzarətə götürüblər. Avstriya prezidenti onu sığallamaq istəyəndə Kodruts onun əlini dişləyib. Hadisə liderlər danışıqlardan sonra prezident administrasiyasının həyətində gəzərkən baş verib və jurnalistlər tərəfindən bu an lentə alınıb.
Nəticədə Avstriya prezidenti Moldova parlamentinin sədri ilə görüşə əlində sarğı ilə gəlib.