Xəbər lenti

Moldova Rusiyaya qarşı sanksiyalara qoşulmaq niyyətini açıqladı
Dünya11:58 24.06.2022

Moldova Rusiyaya qarşı sanksiyalara qoşulmaq niyyətini açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Moldova Aİ-nin uzatmaq niyyətində olduğu Rusiyaya qarşı sanksiyaları dəstəkləyəcək. Axı Avropa İttifaqına namizədlik statusu Avropa ölkələri ilə həmrəyliyin təzahürü deməkdir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Newsmaker” portalı Moldova parlamentinin spikeri İqor Qrosunun bəyanatına istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Moldova Aİ-nin dünən Brüssel sammitində müzakirə etdiyi Rusiya Federasiyasına qarşı sanksiyaları dəstəkləmək niyyətindədir.
"Biz Aİ ilə həmrəylik nümayiş etdirəcəyik. Həm statusumuz, həm də Avropaya inteqrasiya istəyimiz bizi bundan sonra da həmrəy olmağa məcbur edir. Bu sanksiyaların məqsədi müharibəni dayandırmaqdır ki, bundan sonra diplomatlar danışıqlar masasına otursunlar və həll yolu tapsınlar", - Qrosu deyib.
Eyni zamanda, jurnalistin Rusiyanın bu qərara reaksiyasının necə olacağı ilə bağlı sualına o cavab verib ki, Moldova Rusiya ilə normal münasibətlərin saxlanmasında maraqlıdır, eyni zamanda onun Aİ-yə daxil olmaq qərarına hörmətlə yanaşmağı istəyir.
Xatırladaq ki, dünən Avropa Şurası Ukrayna və Moldovaya Aİ üzvlüyünə namizəd statusu verib. 
Əlavə edirik ki, bu yaxınlarda Moldovada Rusiya xəbərlərinin yayımı qadağan edilib.
Nizami Hüseynov