Xəbər lenti

Moldovada Rusiyadan idarə olunan 20-dən çox internet saytı bloklanacaq
Dünya12:38 30.10.2023

Moldovada Rusiyadan idarə olunan 20-dən çox internet saytı bloklanacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Moldovanın İnformasiya və Təhlükəsizlik Xidməti (İTX) ölkədə əksəriyyəti birbaşa Rusiyadan idarə olunan 31 internet portalının bloklanması barədə göstəriş verib.
Qaynarinfo Newsmaker-ə istinadən xəbər verir ki, bu barədə İTX rəhbəri Aleksandru Mustyatsa oktyabrın 30-da keçirdiyi brifinqdə bildirib.
Qərarı açıqlayan Mustyatsa bildirib ki, siyahıdakı 21 portal birbaşa Rusiya Federasiyasından idarə olunur. O, həmçinin bloklanan saytları qaçaq oliqarxlar İlan Şor və Vlad Plahotnyukla əlaqələndirib.
"Aydındır ki, milli media məkanında Plahotnyukun cinayətkar qrupunu Şorun cinayətkar qruplaşması ilə eyniləşdirmək olar. Onların hərəkətləri Rusiyanın bütün hibrid arsenalı ilə birlikdə Moldovaya qarşı yönəlib. Fövqəladə Hallar üzrə Milli Komissiyanın bugünkü qərarı bizim informasiya məkanımızı qoruyur”, - deyə İTX rəhbəri bildirib.
Moldovada qadağan olunmuş portallar arasında "Komsomolskaya pravda”, "Moskovskiy komsomolets”, "İzvestiya”, "Arqumentı i faktı”, TASS və digər saytlar var. Bundan başqa, Moldovada 6 telekanalın bağlandığı bildirilib. Söhbət Orizont TV, İTV, Prime, Publika, Canal 2 və Canal 3-dən gedir.
Nizami Bağırov