Moldovanın sabiq prezidenti İqor Dodon saxlanılıb.
Qaynarinfo xəbər verir ki, Rusiyayönümlü siyasətçi korrupsiya və vətənə xəyanət daxil olmaqla, bir sıra cinayətlərdə şübhəli bilinir. Dodon barəsində 72 saatlıq həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, bu gün onun evində axtarış aparılıb.