Xəbər lenti

Moldovanın separatçı bölgəsində baş verən partlayışlar nədən xəbər verir?
Dünya07:16 26.04.2022

Moldovanın separatçı bölgəsində baş verən partlayışlar nədən xəbər verir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Moldovanın separatçı Dnestryanı bölgəsinin təhlükəsizlik orqanı binasına hücum olub.
Qaynarinfo "Euractiv” saytına istinadla xəbər verir ki, bu barədə separatçı bölgənin qüvvələri xəbər verib.
Tanınmamış qurumun "Daxili İşlər Nazirliyi”ndən bildirilib ki, təhlükəsizlik orqanı binası qumbaraatanla atəşə tutulub.
Ukrayna ilə sərhəddə yerləşən bölgə Rusiya yönlü separatçıların nəzarətindədir və ərazidə 1500 nəfərlik rus qoşunu var.
Moldova hökuməti baş verən hadisədən narahatlıq duyduğunu deyib və bildirib ki, hadisə regionda vəziyyəti gərginləşdirmək məqsədilə ilə edilib. 
Xatırladaq ki, bundan əvvəl rusiyalı general Rustəm Minekayev Rusiyanın Ukraynadakı əməliyyatının ikinci hissəsində məqsədinin ölkənin şərqi və cənubunu tutmaqla Dnestryanıya quru yol əldə etmək olduğunu bildirib. O bu ərazilərdə rus dilli əhalinin təzyiqlərə məruz qaldığını deyib.
Ukraynalı rəsmilər isə Rusiyanın bu ərazilərdən Ukraynanın qərbinə hücum üçün istifadə edə biləcəyi barədə xəbərdarlıq ediblər. 
"Biz o qənaətdəyik ki, Moldova hərbi əməliyyatın hədəfi deyil və bizə hücum edilməsi üçün heç bir səbəb görmürük”, - deyə Moldovanın xarici işlər naziri Niku Popesku "Euractiv” saytına keçən ay deyib. 
Bununla belə, nazir həmçinin ölkənin hər cür senariya hazır olması öhdəliyinin olduğunu vurğulayıb. 
Nurlan Hüseynov