İran hakimiyyəti daha bir gənc fəalı edam etməyə hazırlaşır.
Qaynarinfo xəbər verir ki, bu, Kirmanşahda yaşayn reper Saman Yasindir.
Saman Yasin oktyabrın 2-də təhlükəsizlik qüvvələri tərəfindən yaşadığı mənzildə həbs olunub. Ona qarşı "Allaha müharibə” ittihamı irəli sürülüb. Saman Yasin dünənə qədər Tehrandakı Evin həbsxanasında saxlanılırdı.
Lakin dünən xəbər yayılıb ki, o, Kərəcdə yerləşən "Rəcaişəhr” həbsxanasına köçürülüb. Bu isə Saman Yasin barəsində çıxarılan edam hökmünün icrasına hazırlıq getdiyi kimi dəyərləndirilib.
Artıq "Amnesty İnternational" təşkilatı Saman Yasinin edam oluna biləcəyi ilə bağlı bəyanat yayıb və İran hakimiyyətini bu tip aktları dayandırmağa çağırıb.
Məlumatlara görə, Saman Yasin həbsdə olarkən işgənclərə məruz qalıb. Ondan işgəncə yolu ilə etirafedici ifadələr alınıb.
Saman Yasin həbs olunmazdan əvvəl "Instagram” hesabında İranda 22 yaşlı Məhsa Əminin polis bölməsində ölməsi ilə bağlı keçirilən aksiyaları dəstək postları paylaşıb. Həmçinin İran hakimiyyətini tənqid edən replər səsləndirməklə teokratik rejiminə etirazını nümayiş etdirib.
Saman Yasindən əvvəl iki fəal edam edilib. Onlardan biri 23 yaşlı Mohsen Şekari, digəri isə Məcic Reza Rəhnavardıddır. Mohsen Şekari Tehranın Səttarxan küçəsini bağlamaqda və təhlükəsizlik üzvlərinə müqavimət göstərmək ittihamı ilə həbs olunub. Məcid Reza Rəhnavar isə iki "Bəsic” üzvünü qətlə yetirməkdə ittiham edilib.
Bu edamlar İranda ciddi etirazalara səbəb olub. Mohsen Şekarinin edamından bir gün sonra xeyli sayda etirtazçı Səttarxan küçəsində aksiya keçirib.
İran hakimiyyəti insanların qorxmadığını görüb ikinci edam aktını həyata keçirib. Lakin teokratik rejim Məcid Rezanın edamı ilə də gözlədiyi nəticəni əldə edə bilməyib. Bu baxımdan, artıq üçüncü edamı həyata keçirməyə hazırlaşır.
Siyasi analitiklərin fikrincə, teokratik rejim bu addımları ilə xalqı daha da qəzəbləndirsə də, ümid edir ki, daha bir neçə edamla ölkədə qorxu xofunu bərpa etmək olar.
Seyid