Xəbər lenti

Monqolustan prezidenti fərman verdi: Çingiz xan imperiyasının paytaxtı bərpa olunacaq
Dünya10:56 29.12.2022

Monqolustan prezidenti fərman verdi: Çingiz xan imperiyasının paytaxtı bərpa olunacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Monqolustan prezidenti Uxnaaqiyn Xurelsuxun verdiyi fərmana əsasən, hökumət qədim paytaxt Qarakorumu bərpa etməlidir.
Qaynarinfo bu barədə MK-ya istinadla xəbər verir.
Şəhər 1235-1260-cı illərdə, yəni çiçəklənmə dövründə Monqol İmperiyasının paytaxtı olub. O günlərdə imperiyaya Yapon dənizindən Şərqi Avropaya qədər ərazilər daxil olub.
Dövlət başçısının dəftərxanası xəbər verir ki, prezidentin sərəncamının məqsədi sağlam və təhlükəsiz mühitdə yaşamaq üçün şərait yaratmaq, əhalinin qeyri-mərkəzləşdirilməsi, habelə Monqolustan regionlarının tarazlı inkişafını təmin etməkdir.
Son onilliklərdə ölkədə paytaxtın Qarakoruma köçürülməsi təklifləri var - o, Ulan-Batordan 350 km şərqdə yerləşir. Dövlət başçısının sərəncamında onun bərpasından sonra mümkün köçürülmədən bəhs edilmir.
Alpər