Xəbər lenti

ABŞ 40 ildə belə qar görməmişdi: Fövqəladə vəziyyət elan edildi (FOTOLAR)
Dünya08:20 30.09.2019

ABŞ 40 ildə belə qar görməmişdi: Fövqəladə vəziyyət elan edildi (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın Montana ştatında güclü qar səbəbilə fövqəladə vəziyyət elan edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə qubernator Stiv Bullok qərar qəbul edib. Payız fəsli olmağına baxmayaraq, "Qış fırtınası fövqəladə vəziyyəti"i elan edilib. Hündürlüyü bəzi ərazilərdə 90 sm-ə çatan qar küçələri tamamilə örtüb, nəqliyyatın hərəkətində çətinlik yaradıb. Rəsmilər ştatın "Qreyt Foll" şəhərində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar sakinlərə xəbərdarlıq edib.
Milli Hava Xidmətinin meteoroloqu Don Britton açıqlamasında bildirib ki, 40 ildən çoxdur şəhərdə yaşasa da, daha əvvəl sentyabr ayında belə hava müşahidə etməyib.
Qar yağıntısı Vaşinqtonun və Aydaho ştatının bir hissəsində də qeydə alınıb.
Gülşən