Xəbər lenti

Montana TikTok-a qadağa qoyan ilk ABŞ ştatı oldu - Günə 10 min cərimə
Dünya09:28 18.05.2023

Montana TikTok-a qadağa qoyan ilk ABŞ ştatı oldu - Günə 10 min cərimə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Montana qubernatoru Qreq Canforte ştatda TikTok-u qadağan edən qanun imzalayıb. Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək. 
Qaynarinfo xəbər verir ki, Canforte bu barədə öz Tvitter səhifəsində məlumat verib.
"Montana sakinlərinin şəxsi məlumatlarını Çin Kommunist Partiyasından qorumaq üçün TikTok-u qadağan etdim", - ştat qubernatoru bildirib. 
Sənədə əsasən, yanvarın 1-dən etibarən TikTok Montana ştatında işləməməlidir. Həmçinin, Apple App və Google Play daxil olmaqla tətbiq mağazalarının onu ştatda yükləmək imkanı qadağan ediləcək. Qadağanın pozulması gündə 10.000 dollara qədər cərimə ilə nəticələnəcək. Adi istifadəçilərə cərimə tətbiq edilməyəcək.
ABŞ səlahiyyətliləri hesab edir ki, Çin amerikalılar haqqında məlumat toplamaq üçün TikTok-dan istifadə edə bilər. 2022-ci ilin sonunda ABŞ Konqresi TikTok-u federal agentliyə məxsus telefon və digər cihazlardan qadağan edən qanun layihəsini təsdiqləyib. Aprel ayında Montana ştatının parlamenti ştatda TikTok-u qadağan edən qanun layihəsini təsdiqləyib.
Nizami Bağırov