Xəbər lenti

Monteneqro Azərbaycandan qisasını belə aldı - VİDEO
İdman08:32 18.03.2016

Monteneqro Azərbaycandan qisasını belə aldı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın 19 yaşadək millisi dünən Podqoritsa şəhərində Monteneqrodan olan həmyaşıdları ilə 2-ci oyun keçirib.

Qaynar.info xəbər verir ki, ilk matçda 3:2 qələbə qazanan millimiz bu dəfə eyni rəqibinə 1:2 hesabı ilə yenilib.

Oyundan sonra rəqib komandanın baş məşqçisi Aleksandar Milyenoviç bu sözləri deyib: "İlk matçdan fərqli, bu oyunda sonadək üstünlüyümüzü qoruyub saxladıq və bu baxımdan razı qalmaya bilmərəm. Əlbəttə, hansısa səhvlər oldu, xüsusən də hesab açılmamışdan qabaq. 2 "onluğ"u görmək imkanım oldu. Onların arasında bir neçə debütant da var. Builki ilk qarşılaşmalardan sonra bizdə oyunçuların imkanları haqda daha yaxşı təəssüratlar var".

Qeyd edək ki, 43-cü dəqiqədə Admir Musiç hesabı açıb. Monteneqrolu hakim Draqan Miyuşkoviçin təyin etdiyi penaltini 73-cü dəqiqədə Deyan Raçiç dəqiq yerinə yetirib. Millimizdən isə Ukraynanın "Şaxtyor" klubunun futbolçusu Murad Xaçayev fərqi azaldıb. Legioner futbolçu 80-ci dəqiqədə fərqlənib.

Qaynar.info