Xəbər lenti

Moskavada FSB binası qarşısında atışma: Bir ölü, beş yaralı (VİDEO)
Dünya06:55 20.12.2019

Moskavada FSB binası qarşısında atışma: Bir ölü, beş yaralı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Moskvanın mərkəzində Böyük Lubyankada yerləşən FSB binası qarşısında atışma baş verib. Nəticədə hücum edən şəxs zərərsizləşdirilib. Hücum nəticəsində xüsusi xidmətin bir əməkdaşı həlak olub, 5 nəfər yaralanıb. Onlardan dördü xüsusi xidmət əməkdaşı, biri mülki şəxsdir.
Qaynarinfo xəbər verir ki, Rusiya İstintaq Komitəsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 317-ci ("Hüquq-mühafizə orqanlarının işçilərinin həyatına cəhd") maddəsi ilə cinayət işi açıb.
Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, hadisə barədə Rusiya Prezidenti Vladimir Putinə məlumat verilib.
Medianın yaydığı məlumata görə, atəş açan Yevgeni Manurovun anası son vaxtlar oğlunun "bəzi ərəblərlə telefonla danışdığını" deyib. 
"Son illərdə o, eyni vaxtda bir neçə təhlükəsizlik şirkətində işləyirdi, lakin sonra onu bütün işlərindən çıxardılar. Son vaxtlar işsi idi, hansısa ərəblərlə telefonda danışırdı, mən heç nə başa düşmürdüm, çünki o, ingilis dilində danışırdı”, - anası deyib.
Bildirilir ki, axtarışlar zamanı müstəntiqlər Manurovun seyfində beş silah, evdə bir xeyli güllə tapıb. Qonşuların dediyinə görə, Manurov onlarla ünsiyyət saxlamayıb və Moskvada uzun müddət görüşdüyü Maşa adlı sevgilisi var.
<iframe class="iz-player" src="https://iz.ru/video/embed/956370" width="560" height="315" frameborder="0" allowfullscreen="">