Xəbər lenti

Moskva bazarındakı “oblava”da azərbaycanlılar saxlanıldı
Dünya07:30 26.03.2015

Moskva bazarındakı “oblava”da azərbaycanlılar saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Federal Miqrasiya Xidmətinin Moskva şəhəri üzrə İdarəsinin (FMXİ) əməkdaşları Moskvoretski bazarında aparılan yoxlama zamanı miqrasiya qanunvericiliyini pozan 28 əcnəbi vətəndaşı saxlayıblar. "Report" xəbər verir ki, bu barədə idarənin mətbuat xidmətinin məlumatında bildirilir.
"Yoxlama bazarın naxış işlərinin aparıldığı müəssisəsində aparılıb. Saxlanılanlar arasında Tacikistan, Özbəkistan və Azərbaycan vətəndaşları var. Onların heç birinin Rusiya ərazisində işləməyə icazə verən sənədi olmayıb", - deyə məlumatda qeyd olunub.
Saxlanılan şəxslər Miqrasiya Xidmətinin ərazi şöbəsinə aparılıblar. Burada daktiloskopiyadan keçdikdən sonra məhkəmə onların barəsində cəza kəsilməsi məsələsinə baxacaq.
"Miqrantları cərimə və ölkəyə girişləri qadağan olunmaqla Rusiyadan çıxarılma cəzası gözləyir", - deyə İdarədən əlavə ediblər.
Məlumata görə, bazarda yoxlamalar davam etdirilir.
Qaynar.info