Xəbər lenti

Moskva bazarlarında əməliyyatlar başladı
Dünya18:50 29.07.2013

Moskva bazarlarında əməliyyatlar başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Moskvanın bazarlarında miqrantlara qarşı yoxlamalar başlayıb.

Buna Matveyevsk bazarında ötən şənbə polis əməkdaşının xəsarət alması ilə nəticələnən hadisə səbəb olub. Polis əməkdaşları həmin bazara 15 yaşı qızı zorlamaqda şübhəli bilinən şəxsi həbs etməyə gəliblərmiş.  Onlar əslən Dağıstandan olan şübhəlini saxlayıblar. Lakin bundan sonra bazarın işçiləri əməliyyətçiləri mühasirəyə alıblar və 20-yə yaxın adam onun buraxılmasını tələb ediblər. Tələb yerinə yetirilmədikdə yumruqlar işə düşüb. Əməliyyat müvəkkili Anton Kudryaşova əvvəlcə iki qadın hücum edib. Bu vaxt hamının "Maqa" deyə çağırdığı gənc beşbarmaqla əməliyyatçının başına güclü zərbə endirib.

Rusiyanın Daxili İşlər Nazirliyinin insidentə reaksiyası sərt olub. Ötən gündən baharların kriminal elementlərdən təmizlənməsi üçün yoxlamalar başlayıb. Günün sonuna olan məlumata görə, bazarlarda 300 nəfər saxlanılıb. Moskva polisindən bildirilib ki, bazarlarda əməliyyat başa çatmayıb və reydlər davam etdiriləcək.

Polis əməkdaşına hücumda şübhəli bilinən şəxs də artıq saxlanılıb. Onu tikinti materilları bazarlarından birində şəhərlərarası avtobusla Moskvadan qaçmaq istəyərkən tutublar.

Qaynar.info