
Moskva bazarlarında meyvə və tərəvəzin qiyməti ötən mövsümə nəzərən 5 dəfə bahalaşıb.
Avropa.info-nun “La Stampa” qəzetinə istinadən verdiyi xəbərə görə, bazarlarda mövqe savaşı gedir.
Cinayətkar qruplaşmalar və oliqar məmurlar bazarlara nəzarət etmək üçün rəqəbətə aparırlar.
Qəzetin verdiyi xəbərə görə, Moskava bazarlarında meyvə-tərəvəz müharibəsi gedir.
Putin Avropa və ABŞ-ın tətbiq etdiyi sanksiyalara hələ ki, soyuqqanlı formada yanaşır. Əslində isə Putin daxildə çox ciddi təlaşlar keçirir.
Sadəcə olaraq, onun keçdiyi məktəb Putini hələ ki, soyuqqanlı olmağa kömək edir. Bazarlarda yaranmış vəziyyə sadə satıcıların halını daha da pisləşdirib.
Sanksiyalardan əvvəl sahibkarlar asanlıqla məhsul əldə edib satdıqları halda, hazırda bu mümkün deyil. Bunun yalnız bir sıra dövlətlərlə əlaqələri olan oliqarx məmurlar edə bilir.
Qaynar.info