Moskva məhkəməsi Moskva bələdiyyəsinin deputatı Aleksey Qorinovu 7 il həbs cəzasına məhkum edib.
Qaynarinfo "The Moscow times” qəzetinə istinadla xəbər verir ki, 60 yaşlı vəkil aprel ayında deputatı olduğu Moskvanın şimalında yerli məclisin iclasında Rusiya ordusu haqqında "bilərəkdən yalan məlumatlar” yaydığına görə həbs
edilib.
Qorinov videoya çəkilən və hələ də YouTube-da mövcud olan iş görüşü zamanı Ukraynada "uşaqlar ölür”kən onun seçki dairəsində uşaqlar üçün rəsm müsabiqəsi keçirilməsi planını tənqid edir.
Prokurorlar Qorinovu "siyasi nifrət” və "Silahlı Qüvvələrin nüfuzunu sarsıtmaq”da ittiham edərək, ona yeddi il həbs cəzası istəyib.
Məhkəmədə Qorinov əlinə müharibə əleyhinə plakat qaldırıb: "Bu müharibə sizə hələ də lazımdırmı?"
Qorinov Moskvanın Ukraynadakı hərbi kampaniyasını tənqid etdiyinə görə həbsə məhkum edilən ilk müxalifət nümayəndəsidir.
Nurlan Hüseynov