Xəbər lenti

Moskva bir raketlə ABŞ-ın iki illüziyasını darmadağın etdi: Ağ Ev reallığı qəbul edə bilmir
Dünya10:36 28.07.2022

Moskva bir raketlə ABŞ-ın iki illüziyasını darmadağın etdi: Ağ Ev reallığı qəbul edə bilmir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qaynarinfo Amerikalı diplomat, ABŞ-ın Ukraynadakı keçmiş səfiri Con Herbstin məqaləsini təqdim edir:
Bəzi illüziyalarla vidalaşmaq çox çətindir, digərləri daha asandır.
Moskvanın iyulun 23-də, Rusiya və Ukraynanın Türkiyə və BMT ilə Qara dənizdəki Ukrayna limanlarını blokadadan çıxarılmasına dair sazişlərin imzalamasından bir gün keçməmiş Odessa limanındakı hədəflərə raket zərbələri, illüziyalarla ayrılmağın hər iki variantını nümayiş etdirir.
Rusiyanın Ukraynadan taxıl ixracını blokadasına son qoymaq müqabilində Kreml Qərbin sanksiyalarının Rusiyadan gübrə ixracına şamil olunmayacağına dair zəmanət alıb. Müqavilə Afrikada, Ərəb dünyasında və Asiyanın böyük bir hissəsində ərzaq qıtlığının (bəlkə də faktiki olara aclığın) qarşısını almaq məqsədi daşıyırdı.
Ancaq bu, ilk illüziyadır:
Bir neçə ay ərzində Moskvanın blokadası digər şeylərlə yanaşı, Qlobal Cənuba əziyyət vermək və Ukraynanı öz şərtləri ilə sülh bağlamağa məcbur etmək üçün Qərbə təzyiqi artırmaq məqsədi daşıyırdı. Eyni zamanda, Rusiya prezidenti Vladimir Putinin bu cür alçaq siyasətinə görə bu siyasətin real qurbanları deyil, ABŞ, NATO və Avropa İttifaqı pislənilir. Məsələn, iyun ayında Moskvaya səfəri zamanı Afrika Birliyinin hazırkı rəhbəri Seneqal prezidenti Maki Sall ərzağın qıtlığının Moskvanın blokadası deyil, davam edən müharibə və Qərb sanksiyalarının nəticəsi olmasıylıa bağlı Kremlin fikrini təkrarladı. Bu yaxınlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov Afrikadakı yeni müttəfiqləri şirnikləndirməyə getdi.
BMT və Türkiyə arasında 22 iyul sazişləri ilə bağlı danışıqlar aparmaq həftələr çəkdi, çünki bunun bir problemi var idi: Moskvanın onlara əməl etmək üçün heç bir səbəbi (və çox güman ki, niyyəti) yox idi. Onun blokadası işə yaradı. Qərbə təzyiqlər artır, Moskva isə yaratdığı ərzaq qıtlığının siyasi bədəlini ödəmir. Moskvanın imzalama "teatrında” iştirak etməsinin nəyə ehtiyacı olduğu belə aydın deyildi. Nə olursa-olsun, onun ertəsi gün, 23 iyul raket hücumu tez bir zamanda bu farsa və bununla da ərzaq böhranının qarşısının alındığı illüziyasına son qoydu.
Bu, başqa bir illüziyaya gətirib çıxarır. Bayden administrasiyası başa düşür ki, ABŞ-ın əsas marağı Moskvanın Ukrayna ilə müharibəsinin uğursuzluqla başa çatmasıdır ki, bu da Vaşinqton və onun Qərbdəki müttəfiqləri və tərəfdaşlarından əhəmiyyətli dəstək tələb edir. Administrasiya onu da başa düşür ki, Moskvanın yaratdığı ərzaq böhranı humanitar fəlakətə səbəb olacaq və Avropaya qaçqın axını yaradacaq. Bununla belə, Bayden administrasiyası hələ də öz məqsədlərinə yarım tədbirlərlə nail ola biləcəyi illüziyasını saxlayır və özünü aldadır ki, guya Moskvaya ABŞ-ı daha qətiyyətli addımlar atmaqdan çəkindirmək imkanı verməsi əslində ABŞ-ın milli təhlükəsizlik məsələri üzrə müşaviri Ceyk Sallivanın bu yaxınlarda vurğuladığı kimi, "Üçüncü dünya müharibəsinin” qarşısını almaq üçün ehtiyatlılıq siyasətidir. 
Moskva Ukrayna sərhədlərinə qoşun yığmağa başlayandan bəri ABŞ administrasiya Kremli təxribata çəkmək qorxusundan Ukraynaya lazımi silahların göndərilməsində gecikdi. Sonra, nəhayət, bu silahlardan bəzilərini göndərəndə, III Dünya müharibəsinin başlamadığı ortaya çıxdı. Lakin nədənsə rəhbərlik həmin illüziyadan əl çəkmir. Ərzaq böhranına gəldikdə, NATO-nun Avropadakı keçmiş Baş Komandanı admiral Ceyms Stavridis Qara dənizdəki NATO sahilyanı dövlətlərinin ərazi suları daxilində tamamilə humanitar dəniz dəhlizinin necə yaradıla biləcəyi barədə yazıb. Lakin Ağ Ev ABŞ hərbi karvanının taxıl tədarükünün həyata keçirilməsi mümkünlüyünü istisna edib. Bayden administrasiyası öz günahını yumaq istəyirsə, indi bu qərar barədə ciddi şəkildə yenidən düşünməlidir.
Qara dəniz müqavilələrinin imzalanması Sallivanın Ağ Evin Ukraynaya 300 km mənzilli ATACMS raketlərini niyə göndərmədiyini izah edən günə təsadüf edib. Amma bəlkə də bu, təsadüfi deyil, Moskva öz nüvə dəyənəklərini yelləməklə Vaşinqtonu necə asanlıqla cilovlaya biləcəyini bir daha göstərdi, taxıl ixracı müqaviləsini dərhal pozmağa qərar verdi və Qlobal Cənubda ərzaq böhranı törətmək kimi bədxah niyyətini nümayiş etdirdi.
Bayden komandası, Ukraynanın Rusiya qüvvələrinə həlledici zərbə vurmaq əvəzinə rusların yalnız qarşısını almağa yönələn səylərə üstünlük verməklə, ABŞ-ın liderliyinin bir növ qətiyyətsizliyini nümayiş etdirir. Ancaq bu, vəziyyəti uğursuzluğa məhkum edir. Təəccüblü deyil ki, Seneqal prezidenti Maki Sall Kremlin tezislərini təkrarlayır.
Tərcümə: Nizami Bağırov
Qaynarinfo