Xəbər lenti

Moskva Britaniya parlamentinin 287 üzvünün Rusiyaya girişinə qadağa qoydu
Dünya10:41 27.04.2022

Moskva Britaniya parlamentinin 287 üzvünün Rusiyaya girişinə qadağa qoydu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Britaniya İcmalar Palatasının 287 üzvünə şəxsi məhdudiyyətlər qoyub.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Martın 11-də Böyük Britaniya hökumətinin Dövlət Dumasının 386 deputatını qarşılıqlılıq əsasında sanksiyalar siyahısına daxil etməklə bağlı qəbul edilmiş qərara cavab olaraq Rusiya Federasiyası Federal Məclisi Britaniya Parlamentinin İcmalar Palatasının 287 üzvünə şəxsi məhdudiyyətlər qoyur”, - deyə məlumatda bildirilir.
Siyahı Rusiya Xarici İşlər Nazirliyinin saytında təqdim olunub. Bütün bu şəxslərin Rusiya Federasiyasına daxil olması qadağandır.
"Londonun anti-Rusiya sanksiyalarının ardıcıl şəkildə gücləndirilməsinə dair qərarını nəzərə alaraq, cavab tədbirləri, o cümlədən Rusiyanın stop-listinin genişləndirilməsi üzərində iş davam etdiriləcək”, - nazirlik bildirib.
Alpər