Rusiya İstintaq Komitəsi Ukrayna silahlı birləşmələrinin Qara dənizdə yerləşən "Çornomornefteqaz” qaz hasilat qurğusunun platformasını atəşə tutması faktı ilə bağlı cinayət işi açıb.
Qaynarinfo bu haqda Rosbalt.ru-ya istinadla xəbər
verir.
Rusiya İstintaq Komitəsinin məlumatına görə, dünən səhər saatlarında Ukrayna Silahlı Qüvvələri Qara dənizdə yerləşən Odessa yatağının "Çornomornefteqaz” Krım Dövlət Unitar Müəssisəsinin qaz hasilat qülləsinin platformasında yüksək zərərverici xüsusiyyətlərə malik silahlardan hədəfi atəşə tutub.
Atəş nəticəsində qazçıxarma qülləsinin platformasında yanğın başlayıb, iki işçi xəsarət alıb, yeddi nəfər itkin düşüb.
Məlumata görə, Rusiya Federasiyasının İstintaq Komitəsi hücumda iştirak edən Ukrayna təhlükəsizlik qüvvələri arasından olan şəxslərin kimliyini müəyyən edəcəyini düşünür.
Alpər