Xəbər lenti

Moskva ilə gələcək münasibətlər necə olacaq? - NATO ölkələri razılığa gələ bilmir
Dünya10:20 07.04.2022

Moskva ilə gələcək münasibətlər necə olacaq? - NATO ölkələri razılığa gələ bilmir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna ətrafındakı vəziyyət fonunda NATO ölkələri arasında Rusiya ilə gələcək münasibətlərin qurulması məsələsində fikir ayrılığı var.
Qaynarinfo xəbər verir ki, bu barədə "New York Times” məlumatlı mənbələrə istinadən yazıb.
İki yüksək vəzifəli məmurun sözlərinə görə, Polşa və Baltikyanı ölkələr Moskva ilə münasibətlərin tamamilə kəsilməsinin və Rusiyaya təzyiqlərin artırılmasının tərəfdarıdır. Eyni zamanda, Fransa, Almaniya və Türkiyə təmasların davam etdirilməli olduğuna inanırlar.
Xatırladaq ki, bir qədər əvvəl Lüksemburqun xarici işlər naziri Jan Asselborn demişdi ki, bəzi NATO ölkələri Rusiya Federasiyası ilə münasibətlərin tamamilə kəsilməsini istəmir.
Alpər