Xəbər lenti

Moskva İrəvana əl gəzdirir
Siyasət13:00 16.10.2014

Moskva İrəvana əl gəzdirir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Oktyabrın 10-da Avrasiya İttifaqına daxil olmaql Rusiyanın patronajı altına keçmiş Ermənistanda artıq qərbpərəst məmurlar vurulmağa başlayır.

ANS PRESS-in məlumatına görə, Ermənistan baş nazirinin birinci müavini, ərazi idarəetmə naziri Armen Gevorkyan bu gün istefa verib. Erməni mətbuatı məsələyə fərqli yanaşıb. Bəzi mətbu orqanlar onu Robert Koçaryanın köhnə kadrı kimi təqdim edib. 

Amma bəzi şərhçilər Armen Gevorkyanın Qərbin adamı olduğunu, buna görə də Moskva tərəfindən vurulduğunu yazırlar. 41 yaşlı Armen çoxdan dövlət idarəetməsində yer alır. Təcrübəlidir və populyardır, çox rahatlıqla Qərbin əsas adamına çevrilə bilərdi. 

Erməni şərhçi Naira Ayrumyan bu gün istefaya həsr etdiyi məqaləsində yazır: “Armen Gevorkyanın istefası batan gəmini tərk etməyə bənzəyir. Ovik Abramyanın qəzəbli olması da gəminin batdığını göstərir. Bunun Ovikin son səfərinin marşrutu da sübut edir - əvvəl ABŞ-a, sonra İrana. Bu marşrut heç cür Ermənistanın Avrasiya siyasətinə uyğun gəlmir”. 

Armen Gevorkyanın gedişi də birmənalı qarşılanmır. İrəvanda onun Saakaşvili kimi təkrar hakimiyyətə qayıdacağına ümid edənlər çoxdur. 

Qaynar.info