Xəbər lenti

Moskva işğal etdiyi vilayətlərdə Rusiya pasportu paylamağa başladı
Dünya10:35 11.06.2022

Moskva işğal etdiyi vilayətlərdə Rusiya pasportu paylamağa başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynanın Rusiya tərəfindən işğal olunmuş Zaporojye və Xerson vilayətlərində iyunun 11-də ilk Rusiya pasportları verilib. 
Qaynarinfo xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Zaporojye vilayətinin hərbi-mülki administrasiyası” adlanan qurumun baş şurasının üzvü Vladimir Roqov agentliyə bildirib ki, bu gün Melitopolda ilk Rusiya pasportlarının verilməsi mərasimi keçirilib.
Agentlik həmçinin ilk rus pasportlarının Xerson şəhərinin 25 sakininə təhvil verildiyini bildirib. Bundan əlavə, Rusiya tərəfindən təyin edilmiş "Xerson vilayətinin hərbi-mülki administrasiyasının rəhbəri” Vladimir Saldo pasport alıb.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinin mayın 25-də imzaladığı fərmana əsasən, Ukraynanın Zaporojye və Xerson vilayətlərinin sakinlərinə Rusiya vətəndaşlığı almaq üçün müraciətin sadələşdirilmiş proseduru tətbiq olunacaq. 
Nizami Bağırov