Dünya 10:27 28.07.2022

"Moskva" kreyseri vurularkən ölən daha bir zabitin adı məlum oldu

37 yaşlı kapitan-leytenant Valeri Krivoroq aprel ayında Qara dənizdə batmış "Moskva" kreyserinin göyərtəsində həlak olub.

Qaynarinfo xəbər verir ki, bu barədə "Agentstvo.novosti” adı açıqlanmayan üç mənbəyə istinadən məlumat yayıb.

"Agentstvo.novosti”nin həmsöhbətlərinin sözlərinə görə, aprelin ortalarında gəminin batmasından sonra Krivoroq itkin düşmüş hesab edilir. 
VKontakte-dəki səhifəsinə görə, o, sonuncu dəfə aprelin 9-da, Moskva kreyserinin batmasından beş gün əvvəl onlayn olub.

İtkin düşənin atası "Moskva” kreyserinin də daxil olduğu Qara Dəniz Donanmasının yerüstü gəmilərinin 30-cu diviziyasının komandiri kontr-admiral Oleq Krivoroqdur.

"Agentstvo.novosti” qeyd edir ki, Qara Dəniz Donanmasının mətbuat xidməti jurnalistlərin suallarına cavab verməyib. 

Nizami Bağırov