Xəbər lenti

Moskva məhkəməsi Arestoviçi qiyabi həbs etdi
Dünya11:42 06.02.2024

Moskva məhkəməsi Arestoviçi qiyabi həbs etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Moskvanın Basmannı rayon məhkəməsi Ukrayna prezidentinin ofisinin keçmiş müşaviri Aleksey Arestoviçi qiyabi həbs edib. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2-ci maddəssinin 2-c hissəsi ("terrorçuluğa ictimai çağırışlar") və 207.3-cü maddəsinin 2-ci hissəsinin "d” bəndi ("Rusiya Federasiyasının silahlı qüvvələri haqqında bilərəkdən yalan məlumatın açıq şəkildə yayılması") ilə ittiham olunur. 
Qaynarinfo xəbər verir ki, bu barədə TASS-a məhkəmənin mətbuat xidmətindən məlumat verilib.
Aretoviç faktiki saxlandığı, Rusiya Federasiyasının ərazisinə ekstradisiya və ya deportasiya edildikdə isə Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarına təhvil verildiyi andan etibarən iki ay müddətinə həbs ediləcək. 
Xatırladaq ki, Aleksey Arestoviç 2023-cü il yanvarın 17-də Ukrayna prezidentinin ofisinin müşaviri vəzifəsini "prinsipal səhv”ə görə tərk edib. Ötən il martın 18-də Rusiya Daxili İşlər Nazirliyi Arestoviçi axtarışa verib.
Nizami Bağırov