Xəbər lenti

Moskva polisi miqrantlara qarşı yeni əməliyyat keçirir
Dünya09:07 28.10.2013

Moskva polisi miqrantlara qarşı yeni əməliyyat keçirir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya paytaxtındakı “Sadovod” ticarət mərkəzinin ərazisində polis əməliyyatı başlayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 11.30-da hüquq-mühafizə orqanlarının əməkdaşları “Sadovod” ticarət mərkəzinə gələrək orada çalışan insanların sənədlərini yoxlamağa başlayıblar. Sənədlərində çatışmazlıq olanlar əlavə yoxlamalar üçün avtobuslara əyləşdirilərək aparılır. Polis miqrantların qanuni əsaslarla çalışıb-çalışmadığını araşdırır və onların təqdim etdiyi sənədləri öz məlumat bazası vasitəsilə dəqiqləşdirir.

Polis ticarət mərkəzinə daxil olduqdan sonra bəzi insanlar oranı tərik etməyə başlayıb. Qeyd edək ki, əməliyyat Moskva bazarlarının dekriminallaşdırılması çərçivəsində həyata keçirilir. 

Qaynar.info