Xəbər lenti

Moskva: Rusiya ixracına maneələr aradan qalxmasa, taxıl müqaviləsi iflasa uğraya bilər
Dünya10:54 27.07.2022

Moskva: Rusiya ixracına maneələr aradan qalxmasa, taxıl müqaviləsi iflasa uğraya bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə və BMT-nin vasitəçiliyi ilə Ukraynanın taxıl ixracının qarşısının alınması ilə bağlı razılaşma Rusiyanın kənd təsərrüfatı ixracına maneələr dərhal aradan qaldırılmasa, iflasa uğraya bilər.
Qaynarinfo "Aljazeera” saytına istinadla xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
"İnterfaks” Rudenkoya istinadən bildirib ki, Ukraynanın Qara dəniz limanlarından taxıl daşınması tezliklə bərpa olunacaq və o, taxıl müqaviləsinin qüvvədə olacağına ümid edir.
Şənbə günü Rusiya Ukraynanın ən böyük limanı olan Odessa limanına qanadlı raketlər atdıqdan sonra İstanbulda imzalanan müqavilə dərhal təhlükə altına düşüb.
Lakin Moskva və Kiyev artıq altıncı aydır ki, münaqişədə ilk böyük diplomatik irəliləyiş olan razılaşmanı həyata keçirəcəklərini bildiriblər.
Nurlan Hüseynov