Moskva vilayətinin Qorki-1 qəsəbə sakini Ukraynadakı müharibə ilə bağlı fikirlərinə görə həyat yoldaşından polisə şikayət yazıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Moskovski Komsomolets” məlumat
yayıb.
Nəşrin yazdığına görə, kişi polisdən həyat yoldaşıyla bağlı "tədbir görməyi xahiş edib”. O, "xüsusi hərbi əməliyyatın keçirilməsi ilə bağlı anti-Rusiya əhval-ruhiyyəsini ifadə edir və ümumi uşağımızı hökumətə qarşı təhrik edir", - deyə yazıb.
MK qeyd edir ki, şikayətlə bağlı polis araşdırma başlayıb.
Nizami